16 May 2024
"Nərminin meytinin tapıldığı gün..." - İlkin Süleymanov İFADƏ VERDİ

"Nərminin meytinin tapıldığı gün..." - İlkin Süleymanov İFADƏ VERDİ

04 May 2022
Baxış: 605

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AJMEDİA.İNFO-nun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

O, istintaq zamanı fiziki və psixoloji təzyiqlərə məruz qaldığını bildirib: "Nərminin meytinin tapıldığı gün əvvəl qonşuma dedim. Daha sonra polis əməkdaşı olan Murada zəng edərək məlumat verdik. O da bizə meyiti söndürməyimizi və video çəkiliş aparmağımızı söylədi. Meyitin arxa tərəfində yerdə 3-4 ayaq izləri də var idi.

Daha sonra mən şübhəli şəxs qismində saxlanılıb Tovuz Rayon Polis Şöbəsinə aparıldım. Orada məni hədələdilər".
Növbəti məhkəmə prosesi mayın 11-nə təyin olunub.