16 May 2024
"Müstəqil Fələstin dövləti qurulmalıdır, İsraili tanımırıq" - Banqladeş

"Müstəqil Fələstin dövləti qurulmalıdır, İsraili tanımırıq" - Banqladeş

14 İyun 2021
Baxış: 620

Banqladeş Xarici İşlər naziri Əbul Kəlam Əbdülmomin İsraili qınayan açıqlama verib.

AJMEDİA.info xəbər verir ki, o, Banqladeşin İsraili heç zaman dövlət kimi tanımayacağını bildirib.

"Müstəqil Fələstin dövləti qurulmalı və Fələstin xalqının haqları bərpa edilməlidir. Bu olmasa İsraili dövlət olaraq tanımayacağıq. Fələstin xalqına dəstək verməkdə davam edəcəyik".