16 May 2024
Moldova prezidenti: "80 min vətəndaş Aİ-yə üzv olmağımız istəyir"

Moldova prezidenti: "80 min vətəndaş Aİ-yə üzv olmağımız istəyir"

22 May 2023
Baxış: 434

Kişinyovda keçirilən avropapərəst mitinqdə 80 mindən çox insanın respublikanın Avropa İttifaqına daxil olmasını tələb edib.

Bu sözləri Moldova prezidenti Maya Sandu deyib.

“Böyük Milli Məclis meydanında 80 mindən çox insan Moldovanın Aİ-yə daxil olmasını tələb edib. Bizim ümumi missiyamız var - Moldovanı daha zəngin və müasir etmək. Bu isə hər birimizin səlahiyyətindədir. Gəlin ölkəmizə fəxrlə baxaq”, - deyə Sandu bildirib.

O vurğulayıb ki, bu istək etnik mənsubiyyətindən, ana dilindən və siyasi ideologiyasından asılı olmayaraq Moldova vətəndaşlarını birləşdirir.

Bundan əvvəl Avropa Parlamentinin (AP) üzvü Ziqfrid Mureşan Moldovanın 2030-cu ilə qədər Avropa İttifaqının (Aİ) bir hissəsi ola biləcəyini bildirmişdi.

Mureşanın fikrincə, 2030-cu il realdır və mümkündür, lakin buna qədər hələ çox iş görülməlidir.

Teqlər: