16 May 2024
Mixail Saakaşvilinin səhhəti AĞIRLAŞDI

Mixail Saakaşvilinin səhhəti AĞIRLAŞDI

04 Noyabr 2021
Baxış: 561

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze jurnalistlərə açıqlamasında onun vəziyyətinin pisləşdiyini deyib.

AJMEDİA.İNFO xəbər verir ki, Kipişidze Rustavi şəhərində Saakaşviliyə baş çəkdiyini və onun sağlamlığının pis olduğunu, xüsusilə ürəyində problemlər olduğunu bildirib.

"Onun vəziyyəti son dərəcə qeyri-stabildir. Bundan başqa, Saakaşvili çəkisinin 10%-ni itirib. Bu gün testlərin cavablarını aldıq və onları konsiliumla müzakirə etdik. Bir həftə əvvəl keçirilən son məsləhətləşmə ilə müqayisədə nəticələr daha pisdir. Keçmiş prezident zəifləyib və ürək döyüntüsündən şikayətlənir", - deyə həkim vurğulayıb.