22 May 2024
Minaya düşərək şəhid olan Əkrəm Şadmanov kim idi? - FOTO

Minaya düşərək şəhid olan Əkrəm Şadmanov kim idi? - FOTO

25 Sentyabr 2023
Baxış: 744

Hərbi qulluqçumuz Əkrəm Yunis oğlu Şadmanov ordumuza məxsus “KamAZ” markalı yük maşınının minaya düşməsi nəticəsində şəhid olub.

AJMEDİA.İNFO Bizim.media-ya istinadən xəbər verir ki, Əkrəm Şadmanov 1984-cü ildə Kəlbəcər rayonunda anadan olub.

Rütbəcə polkovnik-leytenant olan Şadmanov “N” saylı hərbi hissənin qərargah rəisi olub. Şəhid hərbçimiz İkinci Qarabağ müharibəsində, lokal antiterror tədbirlərində fəal iştirak edib.

Onun Xocalıya ilk qədəm qoyan hərbçilərimizdən biri olduğu qeyd edilir.