15 May 2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

06 Oktyabr 2021
Baxış: 632

Milli Məclisin oktyabrın 11-də keçiriləcək iclasının gündəliyi açıqlanıb.

AJMEDİA.İNFO-nun xəbərinə görə, toplantının gündəliyinə iki məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

2. Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin üzvünün seçilməsi haqqında.