16 May 2024
"Milli Məclisdə səsləndirdiyimiz fikirlər nəzərə alınmır" - Deputat ETİRAZ ETDİ

"Milli Məclisdə səsləndirdiyimiz fikirlər nəzərə alınmır" - Deputat ETİRAZ ETDİ

08 İyul 2022
Baxış: 319

"Milli Məclisdə səsləndirdiyimiz fikirlər çox zaman nəzərə alınmır və ya tamamilə əksinə qərarlar verilir".

AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

"Quru sərhədləri bağlandı, AZAL qiymətləri ilə bağlı burada fikir səsləndirdik, heç bir qərar verilmədi. İnsanlar çətin vəziyyətdə qalıblar, müalicəyə ehtiyacı olanlar bilet qiymətləri baha olduğuna görə xaricə belə gedə bilmirlər", - deyə deputat bildirib.

O qeyd edib ki, cəmiyyət 1 sentyabrda tədrisin başlanmasını tələb edir: "Bu məsələni dəfələrlə səsləndirdim. Lakin inadla, israrla bu istiqamətdə addım atılmır. Mən başa düşə bilmirəm, bir qərar yalnış qəbul edilibsə, niyə düzəliş olunmasın? Kiminsə kefi və qərarı ilə qərar qəbul etmək insanları sıxıntıya salır".