16 May 2024
Millət vəkili FHN əməkdaşlarının biabırçı görüntüləri barədə: "Videonu mətbuata ötürənlər utansın!"

Millət vəkili FHN əməkdaşlarının biabırçı görüntüləri barədə: "Videonu mətbuata ötürənlər utansın!"

16 Avqust 2022
Baxış: 552

Millət vəkili Razi Nurullayev Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının yayılan biabırçı görüntüləri ilə bağlı yazıb.

AJMEDİA.İNFO xəbər verir ki, millət vəkili videonu yayanları qınayıb:

"FHN-nin əməkdaşlarının videosunu yayanların hamısını şiddətlə qınayıram. Amma, bunu çəkənlər və sifariş verənlər, sonra mətbuata ötürənlər isə o dünyada cavab verməli olacaqlar. Minlərlə insan nə qədər amansız, ev yıxan, baş kəsən və özgə işinə burnunu soxan olub. Ayıbdır, Vallah. Baxış qazanmaq, bəyənmə qazanmaq üçün yarışa çıxıblar, xeyli insan və digər ictimai-siyasi marağı olanlar da bunu dövlətə qarşı qoyur. Bu nədir, a kişi! Belə şey olar? İnstaqram, YouTube, Tiktok, Facebook və s.

Özünün bundan da artıq pis əməlləri olanlar da yazır və paylaşır. Utanın! Bu videonu çəkənləri və mətbuata ötürənlər isə şiddətlə qınayın.

Ölkəmizdə bu tip məsələlərdən də ağır və müzakirə olunası məsələlər var. Böyük iş olub, iki nəfər "qucaqlaşıb". Bilmədən, əgah olmadan paylaşırlar. Bəlkə sizlər paylaşmaqla onların və yaxınlarının həyatına ciddi təhlükə törətmiş olursunuz!? O qadını, o kişini, onların yaxınlarını düşünün.

Bədxah adamların qurduğu tora düşüb, özünüz də bilmədən düşmənllərin dəyirmanına su tökməyin!"