15 May 2024
Məşhur aparıcıya BÖYÜK ŞOK: “2 aydır ki, evli bir qadınla mənə xəyanət edirmiş…”

Məşhur aparıcıya BÖYÜK ŞOK: “2 aydır ki, evli bir qadınla mənə xəyanət edirmiş…”

13 Aprel 2023
Baxış: 384

Türkiyəli məşhur aparıcı Seren Serengil Mustafa Rəhman Tohma ilə 4 illik münasibətinə son qoyub.


AJMEDİA.İNFO xəbər verir ki, Serengil sosial media hesabından canlı yayım açaraq ayrılığın səbəbini açıqlayıb. O, xəyanətə məruz qaldığını iddia edib.

"Mustafa ilə 24 saat birlikdə idik, amma şübhələndim və telefonunu istədim. 2 aydır ki, evli qadınla görüşürmüş. İndi xəyanəti inkar edir”.


Tohmanın eyni telefon nömrəsinə bir neçə dəfə zəng etdiyini anlayan Serengil “Nömrəyə zəng etdim, bir qadın cavab verdi. O, zəlzələ üçün ianə topladıqlarını və Mustafa bəydən kömək istədiklərini söylədi. Suallar verəndə adını demək istəmədi və telefonu üzümə bağladı”, - deyə bildirib.

Sevgilisi ilə itinə görə ayrı yatdıqlarını, lakin 24 saat birlikdə olduqlarını deyən Serengil sözlərinə belə davam edib:

“Xəyanət heç gözləmədiyim yerdən gəldiyi üçün kədərləndim. Tohmanın məni fiziki olaraq aldatdığını düşünmürəm. Mənim üçün flört etmək də xəyanətdir. Axı o, evli qadındır... Mustafa “Mən səni heç vaxt aldatmadım” deyir. Mənə yalan danışdı. Qarşımda daha da kiçilməsinə imkan vermədim. Mənə bunu başa sala bilməz, mən bunu başa düşmürəm”.

Serengil həmin qadının uşaqlarının da olduğunu, ərinin isə vəziyyətdən xəbər tutan kimi ona zəng etdiyini bildirib. Aparıcı qadının da ərinə eyni yalanları danışdığını vurğulayıb. (Sfera.az)