16 May 2024
Məktəbin qarşısında öldürülən XI sinif şagirdinin FOTOLARI

Məktəbin qarşısında öldürülən XI sinif şagirdinin FOTOLARI

23 Yanvar 2024
Baxış: 336

Xəbər verdiyimiz kimi, XI sinif şagirdi Gəncədə bıçaqlanaraq öldürülüb.

AJMEDİA.İNFO Trend-ə istinadən xəbər verir ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanaraq öldürülüb.

Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Öldürülən XI sinif şagirdi Raul Rəhimovun görüntülərini təqdim edirik: