16 May 2024
Məhkəmədən bu gün saxlanılan general barədə QƏRAR - SON DƏQİQƏ!

Məhkəmədən bu gün saxlanılan general barədə QƏRAR - SON DƏQİQƏ!

02 Sentyabr 2022
Baxış: 401

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

AJMEDİA.İNFO-nun APA-ya istinadən məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.


Qərara əsasən, Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, general-mayor Bəkir Orucovun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia olunur.

General-mayor bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.