16 May 2024
Mahir Abbaszadə efirdə səhv buraxdı - "Prezident deyir ki, sahibkarlara qanunsuz müdaxilələr azaldılsın" - VİDEO

Mahir Abbaszadə efirdə səhv buraxdı - "Prezident deyir ki, sahibkarlara qanunsuz müdaxilələr azaldılsın" - VİDEO

21 Aprel 2022
Baxış: 584

Millət vəkili Mahir Abbaszadənin Real TV-nin efirində sahibkarlığın inkişafına mane olan müdaxilələrlə bağlı açıqlaması müzakirələrə səbəb olub.
AJMEDİA.İNFO xəbər verir ki , belə ki, deputat Prezidentin adından onun sahibkarlığın inkişafına mane olan müdaxilələrlə bağlı çağırışını səhv şərh edib.

M.Abbaszadə həmin fikrini olduğu kimi təqdim edirik: "Cənab Prezidentdin çağırışları var ki, Azərbaycanda sahibkarlıq inkişaf etdirilməlidir, sahibkarlığa qanunsuz müdaxilələr azaldılmalıdır, məmurların müdaxilələri azaldılmalıdır".

Mahir Abbaszadə efirdə səhv buraxdı - "Prezident deyir ki, sahibkarlara qanunsuz müdaxilələr azaldılsın" - VİDEO



Zardabi Abbasov adlı sosial şəbəkə istifadəçi deputatın çıxışına bu cür reaksiya verib:

"Bu şəxs deputat Mahir Abbaszadədir. Adı bir çox qalmaqallarda hallanır. Real TV-də çıxış edir. 17.04.2022-ci il. Saat 19.40. Deyir ki, "Cənab Prezident qeyd etmişdir ki, sahibkarlara qanunsuz müdaxilələr azaldılmalıdır".

Ay deputat, əgər müdaxilələr qanunsuzdursa azaldılmalı yox, ləğv edilməlidir. Qanunsuz müdaxilə cinayət tərkibi yaradır. Elə bil sən deyirsən ki, prezident deyib ki, cinayət azaldılmalıdır. Türklər demiş, ağzın dediyini qulağın duyormu?
Prezident bu sözü harda və nə vaxt deyib?
O boyda deputatsan, amma..."


P.S Azərbaycan Prezidenti İlham Əliyev dövlət strukturlarına sahibkarların işinə yersiz müdaxilələrinə son qoymaları barədə mütəmadi olaraq xəbərdarlıq edir və bu istiqamətdə Fərman və Sərəncamlar imzalayır.

SİTAT: “Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır".32gun.az