16 May 2024
Mahaçqala hava limanına xüsusi təyinatlılar cəlb edilib, nazirlər izdihamın yaşandığı yerə gəliblər - YENİLƏNİB

Mahaçqala hava limanına xüsusi təyinatlılar cəlb edilib, nazirlər izdihamın yaşandığı yerə gəliblər - YENİLƏNİB

29 Oktyabr 2023
Baxış: 491

Dağıstanın milli siyasət naziri Enrik Müslümov və gənclərlə iş üzrə naziri Kamil Saidov izdihamın yaşandığı Mahaçqala hava limanına gəliblər.

"Report" bu barədə Rusiya teleqram kanallarına istinadən xəbər verib.

Bununla yanaşı, Rusiya Qvardiyasının əsgərləri və polis xüsusi təyinatlıları hava limanına daxil olub. Buna səbəb yüzlərlə etirazçının hava limanının binasına daxil olaraq uçuş-enmə zolağına çıxmasıdır.

22:01

Dağıstanın paytaxtı Mahaçqalada hava limanında izdiham yaşanıb.

Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, izdihama səbəb İsraildən enməsi planlaşdırılan təyyarədir.

Məlumata görə, hava limanı yaxınlığında yerli sakinlərdən ibarət böyük izdiham toplaşaraq yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb ediblər. Kütlə bütün avtomobilləri saxlayaraq axtarış aparır.

Polis toplaşanlara müdaxilə etmir. Bununla yanaşı, Kaspiysk və Mahaçqalada polis nəzarəti gücləndirilib.

Bundan əvvəl izdiham İsraildən gələn şəxsi mühasirəyə alaraq pasportunu götürüb. O, yəhudi olduğunu etiraf edib və hava limanı ərazisindən çəkilməyib. Həmin şəxsdən sənədlərdən əlavə, telefon nömrəsini də tələb ediblər.