16 May 2024
Koronavirusa yoluxanların DİQQƏTİNƏ!: İybilmənin geri qayıtması üçün BU VİTAMİNİ QƏBUL EDİN

Koronavirusa yoluxanların DİQQƏTİNƏ!: İybilmənin geri qayıtması üçün BU VİTAMİNİ QƏBUL EDİN

11 Oktyabr 2021
Baxış: 533

Alimlər iybilmənin bərpasına kömək etmək üçün maraqlı bir araşdırma aparıblar.

AJMEDİA.İNFO-nun sputnik Azərbaycan-a istinadən xəbərinə görə, İngiltərədə aparılan araşdırma zamanı bəlli olub ki, vitamin A COVID-19-a yoluxan şəxslərdə iybilmənin bərpasına kömək edir.

Alimlər 12 həftə ərzində aparılan araşdırmaların nəticəsində bu qənaətə gəliblər. Araşdırma zamanı bəlli olub ki, vitamin A qəbul edən şəxslər yumurtanın, gülün qoxusu kimi spesifik iyləri rahatlıqla hiss edə bilirlər.

Alimlər vitamin A-nın immun sistemi, dəri gözəlliyi, görmə qabiliyyətinə də müsbət təsir etdiyini bildirirlər.

Qeyd edək ki, alimlər iybilmə qabiliyyətinin beyinlə əlaqəsini hələ də öyrənərək bu istiqamətdə fərqli tədqiqatlar aparmağı planlaşdırırlar.