16 May 2024
Könül Kərimova yenə təhqir etdi

Könül Kərimova yenə təhqir etdi

14 Oktyabr 2021
Baxış: 1262

Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişinə ailə münaqişəsi zəminində qatılan cütlüyün fotosunu paylaşıb.

AJMEDİA.İNFO olay-a istinadən xəbər verir ki, o, izləyicilərinə sual ünvanlayıb və cütlüyün əyləşdiyi kürsünü göstərərək "Sizcə, bu kürsünün adını nə qoyaq", - deyə yazıb.

Əməkdar artist Könül Kərimova isə paylaşımda yer alan cütlüyü təhqir edib. O, fotodakı ailəni nəzərdə tutaraq onları ağıldan kəm - "İki səylər" adlandırıb. Daha sonra izləyicilər müğənnini tənqid edib.

K.Kərimova isə yazılan tənqidlər qarşısında şərhini silib.

Qeyd edək ki, Əməkdar artist tez-tez sosial şəbəkədə izləyiciləri təhqir etməklə gündəmə gəlir.