17 May 2024
Kohen əsəbiləşdi: İsveçli həmkarıma zəng edəcəm!

Kohen əsəbiləşdi: İsveçli həmkarıma zəng edəcəm!

28 İyul 2023
Baxış: 518

Stokholm polisi sabah İsrailin İsveçdəki səfirliyi qarşısında Tövratın yandırılacağı aksiyanın keçirilməsinə icazə verib. Aksiyanı təşkil etmək üçün ərizəni hansısa bir qadın təqdim edib.

“9tv.co.il” məlumat verir ki, İsveç hakimiyyəti onunla danışıqlar aparır və niyyətindən daşındırmağa çalışır.

Məlumata görə, sabahkı aksiya İsrailin qəzəbinə səbəb olub.

Ölkənin XİN rəhbəri Eli Kohen yəhudilərin müqəddəs kitabının yandırılması ilə bağlı növbəti hədədən dəhşətə gəldiyini bildirib:

“Biz müqəddəs kitablara, o cümlədən Tövrata qarşı bu cür hücumlara son qoymalıyıq. Tezliklə isveçli həmkarımla danışacam və ona bildirəcəm ki, İsveç hökumətindən iki ölkə arasında münasibətləri pisləşdirə biləcək bu cür hərəkətlərin qarşısını almasını gözləyirik”.axar.az