22 May 2024
Kanadada məktəbdə insident baş verib, xəsarət alan var

Kanadada məktəbdə insident baş verib, xəsarət alan var

09 Dekabr 2021
Baxış: 481

Kanadanın Monreal şəhərindəki məktəblərin birində insident baş verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Belə ki, şagirdi müəllimə hücum edərək onu naməlum kəsici-deşici alətlə yaralayıb. Hadisə dərs zamanı baş verib. Xəsarət alan 40 yaşlı kişi bədəninin yuxarı nahiyəsindən kəsilmiş xəsarətlər alıb.

16 yaşlı məktəbli təhsil müəssisəsinin yaxınlığında polis tərəfindən saxlanılıb.

Hücumun motivləri müəyyənləşdirilir. Digər təfərrüatlar hələlik açıqlanmayıb.

Teqlər: Kanada