21 May 2024
Kanada Ukraynaya tank əleyhinə silahlar göndərəcək

Kanada Ukraynaya tank əleyhinə silahlar göndərəcək

01 Mart 2022
Baxış: 475

Kanada hakimiyyəti Ukraynanı tank əleyhinə silahlarla təmin etmək niyyətindədir.

Bunu Kanadanın baş naziri Castin Tryudo mətbuat konfransında deyib.

"Bu gün biz Ukraynanı tank əleyhinə silah sistemləri və modernləşdirilmiş döyüş sursatları ilə təchiz edəcəyimizi elan edirik”, - o deyib.

Fevralın 27-də Kanada hakimiyyəti Ukraynaya 25 milyon Kanada dolları (19,6 milyon ABŞ dollar - Red) dəyərində silahlar tədarük etmək barədə qərar qəbul edib. (7News)