21 May 2024
Kanada Ukraynaya “M777” haubitsaları verdi

Kanada Ukraynaya “M777” haubitsaları verdi

23 Aprel 2022
Baxış: 502

Kanada Ukrayna Silahlı Qüvvələrinə 155 mm-lik “M777” haubitsaları verib.

AJMEDİA.İNO xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand “Twitter” səhifəsində yazıb.

“Kanada Ukraynanın tərəfindədir. Biz ABŞ-la əməkdaşlıq edərək Ukrayna qüvvələrinə bir neçə “M777” haubitsa və müvafiq sursatları çatdırdıq”, - o deyib.

Nazirin sözlərinə görə, Kanada Ukraynaya “Carl Gustaf” tank əleyhinə qumbaraatan üçün də əlavə sursat verib.

Bundan əlavə, o, rəsmi Ottavanın Ukrayna Silahlı Qüvvələrinə zirehli texnika və digər yardımlar göstərəcəyini bildirib. Bizim.Media