22 May 2024
Kanada niyə erməni separatizminə dəstək verir?- “Demokrat”ların tarixi səlib yürüşü siyasəti-ŞOK FAKTLAR

Kanada niyə erməni separatizminə dəstək verir?- “Demokrat”ların tarixi səlib yürüşü siyasəti-ŞOK FAKTLAR

26 Avqust 2023
Baxış: 530

Kanadanın xarici işlər naziri Melanie Jolynin (Mélanie Joly) Qarabağa “artsax” deməyi Azərbaycan tərəfindən ciddi təpki ilə qarşılandı. Bu məsələ Kanada mediasında da diqqətini çəkib. Məsələn, mərkəzi ofisi Tarontada olan ingilisdilli “calgaryherald.com” saytı “Melanie Joly accused of undermining peace, supporting Azerbaijan separatists with 'unacceptable' comments

In a recent speech, Joly referred to the region as Artsakh, a term used by ethnic Armenians who want the area to secede from Azerbaijan” (Melani Joly sülhə xələl gətirməkdə, “qəbuledilməz” şərhlərlə Azərbaycan separatçılarını dəstəkləməkdə ittiham olunur

Joly son çıxışında bölgəni “artsax” adlandırıb, bu termin ərazinin Azərbaycandan ayrılmasını istəyən etnik ermənilər tərəfindən istifadə olunur) adlı məqalə ilə çıxış edib. Məqalənin başlığında və yarımbaşlığında deyilən fikirlər xüsusi diqqətə layiqdir.

Məqalədə deyilir ki, Kanada da Ermənistanda fəaliyyət göstərən Avropa müşahidəçilərinə qoşulmaq üçün iki nəfər göndərmək fikrindədir. Guya bu qrup Azərbaycanla Ermənistan arasında müharibənin qarsısın alınmasında ciddi iş görür. Bundan başqa Melanie Jolynin Dağlıq Qarabağ məsələsini G20 (İyirmilər qrupu — 19 ölkəni və Avropa İttifaqını (Aİ) birləşdirən hökumətlərarası forumdur), G7 (Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ; əlavə olaraq, Avropa İttifaqı (Aİ) “sadalanmayan üzvdür”) və BMT-də qaldırmaq fikrindədir: "Region, xüsusən də “artsax”dakı ermənilər real təhlükə ilə üz-üzədir", - Joli bildirib. “Biz “artsax” məsələsini əlimizdə olan hər bir diplomatik vasitə ilə müzakirəyə çıxarmalıyıq”.

JolyResized-1.jpg (65 KB)

Melanie Jolyn 2021-ci ilin oktyabrın 26-da Kanadanın xarici işlər naziri təyin olunub. Bu xanım adından da göründüyü fransızdilli kanadalıdır. O da sirr deyil ki, Kanadada yalnız fransız dilinin rəsmi dil olduğu yeganə əyalət Kvebekdir. Fransada Beşinci Respublikanın əsasını qoyan Şarl de Qoll (1959-1969) Kvebeki Kanadadan ayırmaq üçün özü şəxsən 1967-ci ildə Kanadanın Montreal şəhərində “Vive le Québec libre!” (Kvebekə azadlıq!) şüarı səsləndirdi. Ancaq ingilisdilli Kanada, ABŞ və Böyük Britaniya əl-ələ verib Şarl de Qollun üzərinə elə yeridi ki, o, özünə bəraət qazandırmaq üçün min cür bəhanə uydurmalı oldu. Yəni nazir xanım belə bir keçmişi olan fransızdilli Kandanın separatçı ruhunun təmsilçisidir. musavat.com