16 May 2024
İsveçrədə vaksin olunanlara mükafat təyin edildi

İsveçrədə vaksin olunanlara mükafat təyin edildi

01 Oktyabr 2021
Baxış: 596

İsveçrədə koronavirusa qarşı vaksinasiya kampaniyası kifayət qədər sürətlə getmədiyi üçün hökumət (Federal Şura) əhaliyə peyvəndin təşviqi üçün mükafat təyin edib.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, verilən qərara əsasən, hər yeni peyvənd edilmiş şəxsə bundan sonra 50 frank pul verilir (1 frank cari məzənnə ilə təxminən 1,08 ABŞ dollarına bərabərdir).

Hazırda ölkədə əhalinin təxminən 57%-i koronavirusa qarşı tam peyvənd olunub. Federal Şura İsveçrənin Avropada ən aşağı peyvənd göstəricilərindən birinə sahib olduğunu bildirib.