21 May 2024
İsrailli nazir İSTEFA VERDİ

İsrailli nazir İSTEFA VERDİ

13 Oktyabr 2023
Baxış: 666

İsrailin informasiya naziri Qalit Distel-Atbaryan istefa verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə o, özünün “X” (keçmiş “Twitter”) sosial şəbəkə hesabında paylaşım edib.

“Dövlət qurumunu idarə etmək baha başa gəlir və İsrail xalqının hər şekelə ehtiyacı var. İnformasiya Nazirliyinin daha əvvəl ona verilmiş səlahiyyətlərdən məhrum edildiyini görəndə tam səmimi etiraf edirəm ki, bundan sonra onun işinin hər günü dövlət vəsaitinin israfıdır. İndiki şəraitdə bu idarə ölkənin inkişafına ciddi töhfə verə bilməz və ölkənin xeyri mənim üçün hər şeydən önəmlidir. Bütün bunlarla əlaqədar olaraq informasiya naziri vəzifəsindən istefa vermək qərarına gəldim”, - deyə Distel-Atbaryan yazıb.