06 May 2024
İsraildən Türkiyəyə uçan təyyarədə TƏLAŞ: Bu mesaj QORXU YARATDI - FOTO

İsraildən Türkiyəyə uçan təyyarədə TƏLAŞ: Bu mesaj QORXU YARATDI - FOTO

10 May 2022
Baxış: 446

“Anadolujet”lə İsrailin Təl-Əviv şəhərindən Türkiyənin İstanbul şəhərinə uçuşu yerinə yetirəcək 165 nömrəli TK-7709 sərnişin təyyarəsi qalxmaq üçün uçuş-enmə zolağına doğru hərəkət etməyə başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu zaman təyyarədə olan bəzi sərnişinlərin telefonuna başqa bir aviaşirkətə məxsus təyyarənin qəzaya uğradığını göstərən mesajlar gəlib.

Sərnişinlər vəziyyəti təyyarə ekipajına çatdırıblar. Pilot Ben Qurion hava limanının Hava Hərəkətini İdarəetmə Qülləsi ilə əlaqə saxlayıb və vəziyyət barədə məlumat verib. Təyyarə təhlükəsizlik səbəbi ilə park yerinə qaytarılıb.

Təhlükəsizlik qüvvələri təyyarənin içərisində yoxlamalar aparır.

Mənbə: DHA