16 May 2024
İsrail və ABŞ Qubada Yəhudi Mədəniyyət Evi AÇACAQ

İsrail və ABŞ Qubada Yəhudi Mədəniyyət Evi AÇACAQ

01 Oktyabr 2021
Baxış: 843

İsrail dövləti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Quba rayonunda yerləşən Qırmızı qəsəbədə Yəhudi Mədəniyyət Evinin açılması üzərində birgə fəaliyyət göstərəcəklər.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin tviter səhifəsindəki paylaşımda deyilir.

Xatırladaq ki, daha əvvəl ABŞ səfiri Erl Lisenberger və İsrail səfiri Corc Dikin Quba rayonunda yerləşən Qırmızı qəsəbəyə səfər etdikləri barədə məlumat verilmişdi.

Səfirlər üçün ekskursiyanı Dağ Yəhudiləri Muzeyinin direktoru İqor Şaulov keçirib. O, dağ yəhudilərinin mədəni əhəmiyyəti və tarixi barədə məlumat verib. Tərəflər həmçinin turizmin inkişafı və regionun mədəni irsinin qorunub saxlanması ilə bağlı ABŞ, İsrail və Azərbaycan arasında əməkdaşlığı müzakirə ediblər.