16 May 2024
İsrail tankları Qəzza yaxınlığında göründü: Zirehli maşınlar əsas yolu bağladı

İsrail tankları Qəzza yaxınlığında göründü: Zirehli maşınlar əsas yolu bağladı

30 Oktyabr 2023
Baxış: 541

İsrail tankları Qəzza şəhəri yaxınlığında görünüb.

AJMEDİA.İNFO bildirir ki, bu barədə AFP nəşri hadisə şahidlərinə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, zirehli maşınlar Qəzza zolağının şimal və cənub rayonlarını birləşdirən əsas yolu bağlayıb.

Xatırladaq ki, daha əvvəl İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi Daniel Haqari ölkənin Qəzza zolağında quru hərbi əməliyyatının miqyasını genişləndirdiyini bildirmişdi.

Mənbə: TASS