15 May 2024
İsrail sərhədlərini turistlər üçün açdı - ŞƏRTLƏR

İsrail sərhədlərini turistlər üçün açdı - ŞƏRTLƏR

01 Noyabr 2021
Baxış: 575

İsrail bu gündən sərhədlərini xarici turistlər üçün açıb.

AJMEDİA.İNFO İsrailin “Kan” dövlət radiosuna istinadən xəbər verir ki, noyabrın 1-dən etibarən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiq etdiyi vaksinlərlə son 6 aydan çox olmayaraq peyvənd olunan xarici turistlər İsrailə səfər edə biləcək.

Ölkənin Səhiyyə Nazirliyinin oktyabrın sonunda yaydığı məlumata görə, noyabrın 1-dən etibarən “Pfizer”, “Moderna”, “AstraZeneca”, “Sinovac”, “Sinopharm”, “Johnson & Johnson” və “Covishield” vaksinləri ilə tam peyvənd olunanlar İsrailə buraxılacaq.

Bununla yanaşı, xarici vətəndaşlar uçuşdan 72 saat əvvəl Ben-Qurion hava limanında PCR-test verməlidirlər. Həmçinin xaricilər mənfi nəticə əldə edənə qədər İsraildə təcridxanada qalmalıdırlar.

Bununla belə, ölkənin Səhiyə Nazirliyi bildirib ki, noyabrın 15-dən etibarən 14 gündən əvvəl və 6 aydan gec olmayaraq Rusiyanın “Sputnik V” vaksininin iki dozasını qəbul etmiş şəxslər də İsrailə buraxılacaq.

Qeyd edək ki, 2020-ci ilin martından İsrail faktiki olaraq turizm üçün bağlı idi. Bu zaman ölkəyə yalnızca İsrailə geri qayıdan vətəndaşların və xüsusi icazəsi olan əcnəbilərin girişinə icazə verilirdi.