16 May 2024
"İsrail jurnalistləri də öldürür" - Qətərli nazirdən İDDİA

"İsrail jurnalistləri də öldürür" - Qətərli nazirdən İDDİA

07 İyun 2021
Baxış: 532

Qətərli nazir müavini İsrailin jurnalistləri hədəf aldığını iddia edib.

AJMEDİA.info xəbər verir ki, Qətərin Xarici İşlər nazirinin müavini Lulva al-Hatir İsraili Fələstin-İsrail müharibəsi zamanı AP və "Əl-Cəzirə" telekanalının ofislərinin olduğu binanı vurmaqda günahlandırıb.

Lulva al-Hatir verdiyi açıqlamasında bildirib:

"İsrail hətta reallıqları və onları bütün dünyaya car çəkən insanları da öldürürür. Cinayətlərinin ortaya çıxmasından çox qorxurlar".

Nazir müavini Qətərin İsraili şiddətlə qınadığını da vurğulayıb.