16 May 2024
İsrail İranın nüvə obyektlərinə zərbə senarisini NƏZƏRDƏN KEÇİRİR

İsrail İranın nüvə obyektlərinə zərbə senarisini NƏZƏRDƏN KEÇİRİR

24 Noyabr 2021
Baxış: 571

İsrail İranla nüvə sazişi üzrə danışıqların nəticəsiz qalacağı təqdirdə hadisələrin inkişafı üçün hərbi ssenarini nəzərdən keçirir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə BBC xəbər verir.

Bundan əvvəl İsrail Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və ABŞ-la birlikdə bir sıra irimiqyaslı təlimlər keçirib. Qeyd olunur ki, bu təlimlər İrana ciddi xəbərdarlıq etmək məqsədi daşıyırdı.

Nüvə danışıqları uğursuzluqla nəticələnərsə və müttəfiqlər İslam Respublikasına qarşı güc tətbiq etməkdən imtina edərsə, İsrail bu ölkəyə qarşı təkbaşına qala biləcəyindən narahatdır. İsrail hökuməti ölkənin silahlı qüvvələrini İranın nüvə obyektlərinə potensial zərbəyə hazırlamaq üçün 1,5 milyard dollar ayırıb.

İsrail təhlükəsizlik rəsmisinin sözlərinə görə, "İsrail İranla müharibədə maraqlı deyil, lakin biz Tehranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik. İranın nüvə proqramının irəliləyişini nəzərə alaraq, biz bütün variantları və senariləri nəzərdən keçiririk”.

Noyabrın 29-da Vyanada İranla nüvə sazişi üzrə danışıqlar davam etdiriləcək. Danışıqlarda beş dövlət iştirak edəcək, ABŞ dolayı yolla prosesə qatılacaq.

Tehran nüvə silahı istehsal etmək niyyətində olmadığını və obyektlərdə fəaliyyətini dinc məqsədlər üçün həyata keçirdiyini təkid edir. Buna baxmayaraq, MAQATE İranda zənginləşdirilmiş uranın miqdarının sürətlə artmaqda davam etdiyini narahatlıqla qeyd edir.

"Bu gün iranlılar nüvə silahı üçün material yaratmağa keçmişdə olduğundan daha yaxındırlar. Bu faktın İsrail dövlətinin təhlükəsizliyinə ciddi təsiri var", - mənbə əlavə edib.