16 May 2024
İsrail, Fələstin və Pakistan rəsmiləri Ərdoğanı təbrik ediblər

İsrail, Fələstin və Pakistan rəsmiləri Ərdoğanı təbrik ediblər

30 May 2023
Baxış: 381

Dünyanın bir sıra hökumət rəsmiləri Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı Prezident seçilməsi münasibətilə təbrik ediblər.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə prezidentinə zəng edərək, seçkidəki qələbəsi münasibətilə onu təbrik edib.

İsrailin Baş naziri seçkinin nəticələrinin Türkiyə xalqı üçün faydalı olmasını arzulayıb.

Telefon danışığı zamanı Türkiyə-İsrail münasibətləri və regional məsələlərə də toxunulub.

Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbad da Ərdoğana zəng edərək, seçkdəki qələbə münasibtilə onu təbrik edib.

Pakistanın Baş naziri Şahbaz Şərif də Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu təbrik edənlər arasındadır.

Baş nazir seçkinin nəticələrinin Türkiyə xalqı üçün faydalı olmasını arzulayıb.

Teqlər: