06 May 2024
İsrail döyüş əməliyyatlarını dörd saat müddətinə dayandırdı

İsrail döyüş əməliyyatlarını dörd saat müddətinə dayandırdı

13 Noyabr 2023
Baxış: 369

İsrail Müdafiə Qüvvələri humanitar məqsədlər üçün Qəzza zolağının cənubunda, Misirlə sərhədə yaxın Rəfah şəhərində döyüş əməliyyatlarını dörd saat müddətinə dayandırıb.

AJMEDİA.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat katibi Avihay Edri məlumat verib.

“Fasilə” yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 16:00-da) bitib.

A.Edri, həmçinin bildirib ki, Qəzza zolağının şimal rayonlarının sakinlərinin təxliyəsi üçün yerli vaxtla 9:00-dan açılan humanitar dəhliz 15:00-a kimi (Bakı vaxtı ilə 17:00-dək) fəaliyyət göstərəcək. Marşrut Əş-Şifa xəstəxanasından Salah əd-Din yolu ilə anklavın cənubuna doğru uzanacaq.

Mənbə: