21 May 2024
İsrail Azərbaycana iki peyki kosmosa çıxarmağa kömək edəcək

İsrail Azərbaycana iki peyki kosmosa çıxarmağa kömək edəcək

06 Aprel 2024
Baxış: 481

Azərbaycan 2026 və 2028-ci illərdə iki optik müşahidə peykini orbitə çıxarmağı planlaşdırır.

AJMEDIA.INFO TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsgərov məlumat verib.

“Keçən il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində “Azərkosmos” və “İsrail Aerospace Industries” (IAI) arasında Azərbaycan üçün yeni müşahidə peyklərinin hazırlanmasına dair müqavilə imzalanıb. “Azersky-2” proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar yüksək ayırdetmə qabiliyyətinə malik elektro-optik sensorlara malik Yerin məsafədən zondlanması peykləri olacaq”, - deyə o bildirib.

Onun sözlərinə görə, IAI peyk idarəsi və peyk təsvirlərinin emalı üzrə təlim keçəcək azərbaycanlı mütəxəssislərin iştirakı ilə ilk peykin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınaqdan keçirilməsini həyata keçirəcək.

“İAİ proqram çərçivəsində Azərbaycanda “Azersky-2” sisteminin idarə edilməsi və istismarı üçün bütün lazımi yer sistemlərini təmin edəcək”, - deyən Əsgərov əlavə edib ki, ilk peyki orbitə çıxaracaq daşıyıcı raket yaxın aylarda məlum olacaq.

Azərbaycan ilk telekommunikasiya peyki “Azerspace-1”i 2013-cü ilin fevralında orbitə çıxarıb, “Azersky” Yerin məsafədən müşahidə peyki 2014-cü ilin iyununda orbitə çıxarılıb (işini 2023-cü ilin aprelində planlaşdırılandan bir il tez başa çatdırıb), “Azerspace” telekommunikasiya peyki isə sentyabrda orbitə buraxılıb. 2018-2.