21 May 2024
İsmayıllı sakinindən qanunsuz odlu silah götürüldü

İsmayıllı sakinindən qanunsuz odlu silah götürüldü

12 Yanvar 2022
Baxış: 487

İsmayıllı sakinindən odlu silah götürülüb.

AJMEDİA.İNFO xəbər verir ki,Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Fikrət Əsgərovdan qanunsuz olaraq saxladığı “TOZ-63” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Onun barəsində protokol tərtib olunub və qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.