21 May 2024
İraq terrorçuları İsrailə qarşı əməliyyatların ikinci mərhələsini elan etdi - FOTO

İraq terrorçuları İsrailə qarşı əməliyyatların ikinci mərhələsini elan etdi - FOTO

24 Yanvar 2024
Baxış: 263

İraqda fəaliyyət göstərən “Kətaib Seyid əş-Şuhəda” silahlı qruplaşması İsrailə və onun müttəfiqlərinə qarşı əməliyyatların ikinci mərhələsinə başladığını elan edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə qruplaşmanın baş katibi Əbu Ala əl-Vəlai bəyan edib.

O, İsrailin dəniz blokadasına başlayacaqlarını da bildirib.

Yerli mediada “Kətaib Seyid əş-Şuhəda”nın İsrail, ABŞ və Böyük Britaniyaya qarşı fəaliyyətləri gücləndirmək üçün öz müttəfiqlərinə müraciətləri barədə məlumatlar da var.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti silahlı qruplaşmanı və onun lideri Haşim Finyan Rəhim əs-Sərracı beynəlxalq terrorçular elan edib.