16 May 2024
"İranla savaşa hazırıq” - İsrail generalı QƏTİ DANIŞDI

"İranla savaşa hazırıq” - İsrail generalı QƏTİ DANIŞDI

28 Dekabr 2021
Baxış: 554

“İsrail Silahlı Qüvvələri İranın ölkəmizə bir raket hücumuna minlərlə raketlə cavab verəcək”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu İsrail Daxili Cəbhə Komandanlığının rəisi general-mayor Ori Qordin deyib.

General İsrail ordusunun İranın istənilən hücumuna hazır olduğunu açıqlayıb:

“İranla açıq qarşıdurma ssenariləri hazırdır, bu hazırlıq bu gün də davam edir. Ordumuzun müdafiə qabiliyyətini artırırıq. İranın istənilən raket hücumunun qarşısını almağa hazırıq. Hesab edirəm ki, hər bir ssenariyə həmişə hazır olmalı, ölkənin daxili cəbhəsini gücləndirməliyik”.(Teleqraf.com)