16 May 2024
İranın “qırmızı xətti” Təbrizdir, yoxsa Ermənistan? - VİDEO

İranın “qırmızı xətti” Təbrizdir, yoxsa Ermənistan? - VİDEO

28 İyul 2022
Baxış: 393

Bu günlər İsrail və İranın Azərbaycandakı səfirləri arasında baş vermiş söz dueli mətbuatın və sosial şəbəkələrin diqqət mərkəzindədir. Hətta mövzu Azərbaycanın hüdudlarını aşaraq beynəlxalq səviyyədə reaksiyalar doğurub.

AJMEDİA.İNFO xəbər verir ki, “Azad İran” “Youtube” kanalında yayımlanan videoda sözügedən məsələyə toxunulub.

Hər şey ondan başlayıb ki, iyulun 20-də İsrailin Azərbaycandaki səfiri Corc Dik özünün “Twitter” səhifəsində “Təbrizin sehrli nağılları” adlı kitabı oxuduğunu əks etdirən şəklini paylaşaraq “Bu yaxınlarda mənə hədiyyə edilən bu kitabda Təbrizdə Azərbaycanın tarixi və mədəniyyəti haqqında çox şey öyrənirəm. Bəs siz, uşaqlar, bu günlərdə nə oxuyursunuz?” yazıb.

Üstündən bir neçə saat keçəndən sonra İranın Azərbaycandakı səfiri Abbas Musəvi sərt reaksiya göstərərək öz “Twitter” səhifəsində paylaşım edib.