15 May 2024
İranın Azərbaycana xəyanətinin SÜBUTLARI: Tehran Qarabağı necə talan edirdi?

İranın Azərbaycana xəyanətinin SÜBUTLARI: Tehran Qarabağı necə talan edirdi?

06 Oktyabr 2021
Baxış: 588

Müsəlman ölkəsi olan, İslam adını daşıyan İran tarix boyu əməldə İslama qarşı fəaliyyət göstərib.

AJMEDİA.İNFO xəbər verir ki, bu ölkənin Azərbaycan torpaqlarının işğalı dövründə Ermənistana və Qarabağdakı separatçı-terrorçulara verdiyi dəstək, işğaldan sonra dəstəyin davam etdirilməsi gözümüzün önündə bunun əyani sübutudur.

Faktlar təsdiq edir ki, İran işğal dövründə Qarabağda Azərbaycanın maddi-mədəni sərvətinin talanmasında, erməni işğalının davamlı olmasında əlindən gələni edib.

Şuşada Yuxarı Gövhərağa məscidinin İran tərəfindən tərəfindən fars abidəsi kimi bərpa edilməsi bu qanunsuz və məkrli əməkdaşlığın sübutlarından biridir.

Məscidin bərpası 2014-cü ildə İranın “Part Saman Cahan” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin rəhbəri Səid Nəhavəndinin Ermənistanda memarlıq üzrə təhsil alması burada diqqətçəkən detallardan biridir. Məscidin bərpası İranın Şərq Tarixi İrsinin Dirçəlişi Fondunun təşəbbüsü ilə həyata keçirilib, daha sonra fondun nümayəndələrinin iştirakı ilə açılışı da edilib.

Keçmiş separatçı rejimin “mədəniyyət naziri” Lernik Avanesyan açılış mərasimində çıxışı zamanı etiraf edirdi ki, “Qarabağdakı bir çox erməni məbədinin bərpası İran dövləti tərəfindən bərpa edilir”.

MƏNBƏ: FAKTLARLA TQ