16 May 2024
İran İsrailin raket hücumları üçün qanuni hədəfdir - İsrail

İran İsrailin raket hücumları üçün qanuni hədəfdir - İsrail

25 Yanvar 2024
Baxış: 406

İran İsrailin raket hücumları üçün qanuni hədəfdir. İlanın başı Tehrandır.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri İsrailin iqtisadiyyat naziri Nir Barkat “Teleqraf” qəzetinə verdiyi müsahibədə deyib.

“İsrail döyüşməyə davam edə bilər və bu müharibə böyük böhran olduğu qədər, həm də əla fürsətdir. Bir milyard şekellik gündəlik xərcə baxmayaraq, İsrail müharibəni davam etdirə və Livana qarşı yeni cəbhə aça bilər”, - Barkat bildirib.

Barkatın sözlərinə görə, bu müharibə hələ kifayət qədər aqressiv deyil.