16 May 2024
İki ölkə Rusiyaya qarşı birləşir: “Moskvanın ən böyük qorxusu...”

İki ölkə Rusiyaya qarşı birləşir: “Moskvanın ən böyük qorxusu...”

31 Avqust 2021
Baxış: 701

“Rusiya Polşa-Ukrayna ittifaqının güclənməsindən qorxuduğu qədər heç nədən qorxmur”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu polşalı publisist Yerji Lyubax deyib.

Onun sözlərinə görə, bunu Rusiyanın “5-ci kolon”unun Polşa rəhbərliyinə hücumları sübut edir.

Lyubax Rusiyanı bütün qonşu ölkələrə “rus nizamı” tətbiq etməyə çalışmaqda ittiham edib.

Publisist hesab edir ki, Polşa milli maraqlar naminə Ukraynaya kömək etməlidir. O, Polşanın Ukraynanın yeganə potensial müttəfiqi olduğunu da bildirib.

Lyubax Ukrayna hakimiyyətini “Üç dəniz” təşəbbüsünə qoşulmağa çağırıb. Əks təqdirdə, bütün Şərqi və Mərkəzi Avropanın Rusiya-Almaniya kondominiuma çevrilə biləcəyini söyləyib.

Qeyd edək ki, “Üç dəniz” Adriatik, Baltik və Qara dənizlərə çıxışı olan 12 Avropa Birliyi ölkəsinin birliyidir.(teleqraf.com)