16 May 2024
İcra Hakimiyyəti “Xruşşovka”larla bağlı TAPŞIRIQ VERDİ - Siyahı yenilənir...

İcra Hakimiyyəti “Xruşşovka”larla bağlı TAPŞIRIQ VERDİ - Siyahı yenilənir...

02 Mart 2023
Baxış: 314

Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə qəzalı vəziyyətdə olan binalarla bağlı tapşırıqlar verilib.

AJMEDİA.İNFO xəbər verir ki, məsələ İcra Hakimiyyətində paytaxtın təsərrüfat strukturlarının rəhbərlərinin iştirakı ilə geniş tərkibdə keçirilən müşavirədə müzakirə olunub.

Müşavirədə paytaxt sakinləri üçün son dərəcə aktual olan qəzalı vəziyyətdəki binaların problemi qaldırılıb. Bildirilib ki, qəzalı binaların əksəriyyəti sovet dövründə tikilib və onların istismar müddəti başa çatıb.

Qeyd edilib ki, söhbət əsasən “Xruşşovka” adlandırılan beş mərtəbəli binalardan, yataqxanalar və digər tikililərdən gedir və onların siyahısı daim yenilənir.

Xüsusilə qeyd olunub ki, ölkə rəhbərliyinin səyləri nəticəsində son 5 ildə Bakıda 1 239 qəzalı bina sökülüb, on minlərlə insan yeni mənzillərə köçürülüb və ya müvafiq kompensasiya alıb.

Qeyd olunub ki, hazırda bu istiqamətdə işlər davam edir və Nazirlər Kabinetinin nəzarətindədir. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölmələrinə paytaxtın mənzil fondunun vəziyyətinə nəzarəti gücləndirmək tapşırılıb.(BAKU.WS)