16 Aprel 2024
Həyat yoldaşını döydüyü deyilən həkimlə bağlı YENİ FAKTLAR

Həyat yoldaşını döydüyü deyilən həkimlə bağlı YENİ FAKTLAR

28 Fevral 2024
Baxış: 289

Ötən gün həyat yoldaşı Aynur Əsədliyə qarşı şiddət göstərməsi ilə gündəmə gələn həkim-onkoloq İbrahim Əsədli ilə bağlı yeni fakt ortaya çıxıb.

AJMEDİA.İNFO Unikal.az-a istinadən xəbər verir ki, o, sertifikatı olmadan "Loğmed" klinikasında həkim kimi fəaliyyət göstərirmiş.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən saytaın sorğusuna cavab olaraq bildirilib ki, Əsədli İbrahim Novruz oğlunun sertifikasiya müddəti 5 oktyabr 2023-cü ildə bitib:

""Əhalinin sağlamlığının qorunması haqqında" və "Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunlarına uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün bu kimi hallar aşkar olunduqda vətəndaşlar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə rəsmi müraciət edə bilərlər. Həmçinin, mediada işıqlandırılan məlumatlarda insan həyatı və sağlamlığına təhlükə yaradan faktlar əsasında Analitik Ekspertiza Mərkəzi araşdırmalar apara bilər", - deyə nazirliyin cavabında qeyd olunub.

Xatırladaq ki, Aynur Əsədli həyat yoldaşı İbrahim Əsədlinin ona qarşı şiddət göstərdiyinə görə Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə müraciət etmişdi. İş üzrə ekspertiza təyin edilmişdi.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda qeyd edilən hadisə ilə bağlı 25-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.