15 May 2024
Hamilə qadını güllələyib, qazdığı quyuda bir ay gizlənən ŞƏXS GÖRÜN KİM İMİŞ

Hamilə qadını güllələyib, qazdığı quyuda bir ay gizlənən ŞƏXS GÖRÜN KİM İMİŞ

01 Sentyabr 2021
Baxış: 663

Manisada (Türkiyə) hamilə qadını güllələyərək qaçan şəxs ələ keçib. Polisin bir ay axtardığı şəxs evində divanın altında qazdığı çuxurda aşkar olunub.

32gun.news haberler.com-a istinadən xəbər verir ki, film kimi hadisə hər kəsi heyrətə salıb. Şübhəlini uzun müddətdir ki, izləyən polis üzündə maska olan bir şəxsin evə gəldiyini müəyyən etsə də, onu evdə tapa bilməyib. Axtarışdan sonra Gökhan K.-ni evin içində qazılan quyudan tapıblar. Onun barəsində "odlu silahla qəsdən yaralama", iqamətgahın toxunulmazlığını pozma və əmlaka zərər vurma" maddəsi üzrə cinayət işi başlanılıb. (Azerforum)