16 May 2024
Göyçaydakı yanğının görüntüləri yayıldı - VİDEO

Göyçaydakı yanğının görüntüləri yayıldı - VİDEO

18 Dekabr 2021
Baxış: 601

Göyçayda yaşayış evində yanğın olub.

AJMEDİA.İNFO xəbər verir ki, Videogörüntü sosial şəbəkələrdə yayılıb. Hadisənin rayonun Bığır kəndində baş verdiyi qeyd edilib.

Belə ki, ikimərtəbəli yaşayış evinin 2-ci mərtəbəsində başlayan yanğın qısa zamanda dam örtüyünə qədər çatıb. Evin yarıdan çoxu yanaraq yararsız hala düşüb.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumatda qeyd olunub ki, Göyçay rayonunun Bığır kəndində ümumi sahəsi 300 m² olan ikimərtəbəli 4 otaq və 2 eyvandan ibarət evin 2-ci mərtəbəsində 1 otağın, mətbəxin yanar konstruksiyaları 44 m² sahədə və dam örtüyü 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: Göyçay