15 May 2024
Gəncədə sinif yoldaşını bıçaqlayan qız bu gün məktəbə gedib və... - ÖZƏL AÇIQLAMA

Gəncədə sinif yoldaşını bıçaqlayan qız bu gün məktəbə gedib və... - ÖZƏL AÇIQLAMA

21 Aprel 2022
Baxış: 541

Ötən gün yetkinlik yaşına çatmadığından barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermək qətimkan tədbiri seçilən və ailəsinə iltizam əsasında təhvil verilən məktəbli təhsil aldığı Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbə gəlib. Bununla bağlı məktəbin bir qrup valideyni öz etirazlarını bildiriblər.

Məsələ ilə bağlı Bizim.Media-nın Gəncə bürosuna eksklyüziv açıqlama verən Gəncə şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev bildirib ki, həmin şagirdin dərhal polis tərəfindən məktəbdən uzaqlaşdırılması təmin olunub:


“İki gün öncə öz həmcinsinə bıçaqla xəsarət yetirən şagird bu gün səhər gözlənilmədən təhsil aldığı məktəbə gəlib. Bununla bağlı valideynlər haqlı narazılıqlarını bildiriblər və həmin qız məktəbin direktoru tərəfindən otağına aparılıb və dərhal polis orqanlarına məlumat verilib. Haqqında cinayət işi açılan məktəbli polisin iştirakı ilə evlərinə aparılıb”.

Gəncə Təhsil İdarəsinin rəisi həmin şagirdin öz təhsilini davam etdirməsi qaydası ilə bağlı müvafiq qərarın veriləcəyini də bildirib.

“Təbii ki, həmin məktəblinin də təhsil almaq hüququ var və onun cinayət əməli sübut olunsa belə bu təmin olunmalıdır. Lakin həmin şagird azyaşlı olmasına baxmayaraq onun həmin məktəbdə təhsilini davam etdirməsi mümkün deyil. Bu, orada təhsil alan digər şagirdlər üçün təhlükəlidir. Ola bilər ki, həmin məktəbli üçün qanunvericiliyə uyğun olaraq distant təhsil metodu tətbiq olunsun” - deyə Anar Qədiməliyev qeyd edib.