15 May 2024
Gəlininin ölümünə dözmədi, ürəyi partladı - Sumqayıtda FACİƏ

Gəlininin ölümünə dözmədi, ürəyi partladı - Sumqayıtda FACİƏ

27 Oktyabr 2023
Baxış: 387

Sumqayıtda gəlininin ölümünə dözməyən qayınananın ürəyi partlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin Şirvan yaşayış massivində qeydə alınıb.


Belə ki, 1982-ci il təvəllüdlü Məmmədova Nuranə Məhəmməd qızı yaşadığı evdə uzun sürən beyin quruması xəstəliyindən vəfat edib. Onunla eyni ünvanda yaşayan qayınanası, 1952-ci il təvəllüdlü Məmmədova Gülnaz Nüsrəddin qızı gəlininin vəfatından həyəcanlanaraq vəziyyəti pisləşib və ölüb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.(Report)