16 May 2024
Fransa Rusiyanın 22 milyard, rəsmi şəxslərin isə şəxsi hesablardakı 150 milyard avrosunu DONDURDU

Fransa Rusiyanın 22 milyard, rəsmi şəxslərin isə şəxsi hesablardakı 150 milyard avrosunu DONDURDU

21 Mart 2022
Baxış: 795

Fransa Rusiyanın 22 milyard avro ehtiyatını, şəxsi hesablarındakı daha 150 milyard avronu dondurub.

AJMEDİA.İNFO xəbər verir ki, bloklamanı RTL-də Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Maire elan edib.

Fransa Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı müharibəyə görə tətbiq etdiyi sanksiyalara görə, Rusiya Federasiyası Mərkəzi Bankının 22 milyard avro məbləğində aktivlərini dondurub. Bu cür tədbirlər Rusiya üçün xarici maliyyə əməliyyatlarını ciddi şəkildə çətinləşdirir, üstəlik, Rusiya Federasiyası öz ehtiyatlarını saxlaya bilmir. Daha 150 milyard avro isə şəxsi hesablarda bloklanıb.

Bundan əlavə, onun sözlərinə görə, rusların şəxsi vəsaitləri də dondurulub.

“Biz Rusiya Federasiyası Mərkəzi Bankının 22 milyard avro məbləğində aktivlərini dondurduq. Biz həmçinin Fransa qurumlarında fiziki şəxslərin hesablarındakı 150 milyard avro məbləğində vəsaiti dondurduq”, – deyə bildirib.

Həmçinin, Le Mairenin sözlərinə görə, Fransada “yarım milyard avro” dəyərində 30-a yaxın rusa məxsus daşınmaz əmlak dondurulub.(Konkret.az)