22 May 2024
Etiraz notasına məhəl qoymayan İrandan Qarabağ fətvası – VİDEO

Etiraz notasına məhəl qoymayan İrandan Qarabağ fətvası – VİDEO

20 Sentyabr 2021
Baxış: 737

Ermənistanla əməkdaşlıq edən bütün iranlılar və İran şirkətləri müəyyənləşdirilməli, onlara sanksiya tətbiq edilməlidir.

Bunu “ARB Xəbər”ə İranın qaçaqmalçılıq yolu ilə Ermənistana yük maşınları göndərməsinə münasibət bildirən politoloq Turab Rzayev deyib.

O bildirib ki, həmin şəxslər lazım gəldikdə axtarışa verilməli və cinayət işi açılmalıdır:

“Ermənistana gedən yüklər Azərbaycanın yoxlanışından keçməlidir. Silah-sursat və tikinti materiallarının daşınması qadağan edilməli, yalnız bəzi qida maddələri və tibbi ləvazimatlar buraxılmalıdır”.


Məsələyə münasibət bildirən politoloq Fikrət Sadıqov isə qeyd edib ki, İranın bu addımı onlarla münasibətlərimizə və ölkəmizin maraqlarına zərbədir:

“Azərbaycan şəhidlər verərək torpaqlarını azad edib. Düşünürəm ki, rəsmilərimiz və ictimai xadimlərimiz öz sözünü deyəcək. Onların bu hərəkəti heç bir məntiqə sığmır”.