22 May 2024
Ermənistan üzr istədi: Rusiyanın silah şirkəti geri dönür

Ermənistan üzr istədi: Rusiyanın silah şirkəti geri dönür

17 Sentyabr 2021
Baxış: 429

Rusiyanın ORSİS silah şirkəti Ermənistan Müdafiə Nazirliyi ilə tender skandalından sonra konstruktiv əməkdaşlığı yeniləyib.

AJMEDİA.İNFO xəbər verir ki, bunu ORSİS-in baş konstruktoru Maksim Beymetov deyib.

O, İrəvanla kontraktdan öncə danışıqların aparıldığını bildirib. Beymetov şirkətin rəhbərinin artıq müdafiə naziri Arşak Karapetyanla görüşdüyünü vurğulayıb.

Qeyd edək ki, David Tonoyanın dövründə ORSİS-lə skandal yaşanmışdı. Buna səbəb Ermənistan Müdafiə Nazirliyinin ORSİS-i bir neçə milyon dollarlıq tenderə buraxmaması olmuşdu. Bundan sonra ORSİS İrəvanın qara siyahısına daxil edilmişdi.(axar.az)