16 May 2024
Ermənistan bu gün atəşkəsi Naxçıvan istiqamətində ikinci dəfə POZDU - MN

Ermənistan bu gün atəşkəsi Naxçıvan istiqamətində ikinci dəfə POZDU - MN

06 Avqust 2021
Baxış: 520

Avqustun 6-sı saat 12:45-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərdən Naxçıvan Muxtar Respublikası Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

AJMEDİA.İNFO-ya bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Cavab atəşi ilə qarşı tərəf susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.