16 May 2024
Ermənilərin girov götürdüyü Azərbaycan əsgəri ilə bağlı MN-dən AÇIQLAMA

Ermənilərin girov götürdüyü Azərbaycan əsgəri ilə bağlı MN-dən AÇIQLAMA

26 Avqust 2021
Baxış: 781

Müdafiə Nazirliyi Azərbaycan əsgərinin ölkəmizin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisinə keçməsi haqda məlumat yayıb.

Müdafiə Nazirliyindən AJMEDİA.İNFO-ya bildirilib ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

Qeyd edilib ki, əsgər C.Babayev haqqında cinayət işi başlanılıb, araşdırma aparılır.

Ehtimal olunur ki, hərbi qulluqçumuz Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçib.

Qeyd edək ki, ötən gün yayılan məlumatda adıçəkilən əsgərin ermənilər tərəfindən tutulması haqda məlumat yayılmışdı.