15 May 2024
"Ərə getdiyim adamı axtarıb tapmamışam" - Tənqidlərə belə cavab verdi

"Ərə getdiyim adamı axtarıb tapmamışam" - Tənqidlərə belə cavab verdi

07 İyun 2022
Baxış: 505

Hollivud ulduzu Jan Kloud Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə Bakıda xına mərasimi edib.

AJMEDİA.İNFO xəbər verir ki, Suada sosial şəbəkədə ona tənqid yazanlara cavab verib:

"Belə mesajlardan bölüşüm siz də görün. 1 il ərzində minlərlə belə mesajlar və şərhlər gəlib. Anladığım qədəriylə əsl sevginin nə olduğunu anlamayanlar çoxdur. Bizim sevgimizdə ən vacib olanlardan qadına və ailəyə hörmət, sevgi var. Anlayış və bir-birimizin iç aləmlərinin uyğun gəlməsi var. Burada ad heç bir rol oynamır. Ərə getdiyim adamı da mən axtarıb tapmamışam. Allah özü bizi qovuşdurub. Biz ruh yoldaşlarıyıq.

Xahiş edirəm, internetdə nə isə yazarkən digər insanların da duyğuları olduğunu unutmayın. Hər kəsə Allah bir alın yazısı yazıb. Onu da özünüzdən belə iç neqativinizi cəmiyyətə yayaraq uzaqlaşdırırsınız. Başqalarına nə qədər xoş olarsanız o qədər də xoş sizə qayıdacaq. Təki mənimlə ərimin arasında olan sevgi və anlayış dolu münasibət bizim subay qızlara nəsib etsin. Neqativ yayan insanların da Allah yollarını açıq etsin və iç aləmlərinin, düşüncələrinin sərhədlərini genişləndirməyə şans açaraq əsl sevginin nə olduğunu, sevginun milliyətə, dinə qarışdırmağın necə də düzgün olmadığını anlamağa imkan yaratsın. Əsas insanın ruhudur. O təmizdirsə, həyatı da ruhu kimi gözəl olur. Gözəl insanları da özünə çəkir".

"Ərə getdiyim adamı axtarıb tapmamışam" - Tənqidlərə belə cavab verdi